Məhkəmədə hakimlə vəkil arasında ƏLBƏYAXA DAVA

Məhkəmədə hakimlə vəkil arasında ƏLBƏYAXA DAVA
HADİSƏ 23 İyun 2022 18:10

Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə Gəncə ASAN Vəkil Bürosunun vəkili Natiq Əliyev arasında insident baş verib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra baş verib. Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib. Bundan sonra hakimlə vəkil arasında mübahisə yaranıb, hətta əlbəyaxa dava düşüb.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına müraciət edilib.

Hadisənin tam təfərrüatı məlum deyil.