“Qalatasaray” Dominik Torrentlə yollarını ayırdı

“Qalatasaray” Dominik Torrentlə yollarını ayırdı
İdman 21 İyun 2022 22:38

Türkiyənin “Qalatasaray” futbol klubu hazırki məşqçisi Dominik Torentlə yollarını ayırıb.

Klubdan verilən açıqlamaya görə, ispaniyalı mütəxəssislə yanaşı, onun köməkçilərilə də mövcud müqavilələr ləğv edilib.

Qeyd edək ki, bir müddət öncə “sarı-qırmızılar”ın “Başakşehir”lə çempionluq yaşamış Okan Burukla anlaşdığı bildirilib.//oxu.az