17 yaşlı qızın nişanında mediaya hücum olundu — VİDEO

17 yaşlı qızın nişanında mediaya hücum olundu — VİDEO
HADİSƏ 08 Avqust 2026 09:00

Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin planlaşdırılan nişan mərasimi zamanı çəkiliş aparan media qurumlarının əməkdaşlarına hücum olunub.

Çəkiliş aparmaq istəyən media qurumları hadisəni işıqlandırmaq məqsədilə əraziyə yollanıblar. Bu zaman toy sahibləri çəkilişə etiraz edərək televiziya əməkdaşlarına hücum edib, onlara qarşı zorakılıq tətbiq ediblər.