Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR - FOTO - VİDEO

Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR - FOTO - VİDEO
SOSİAL 06 Avqust 2026 09:16

Bakı metropolitenində qatarların hərəkətində qısamüddətli problem yaranıb.

Sitat.info xəbər verir ki, nasazlıq "Dərnəgül" - "Həzi Aslanov" xətti üzrə qeydə alınıb.

 

 

Belə ki, qatar saat 06:52-də "Memar Əcəmi" stansiyasında dayanıb. Sərnişinlər qatardan düşürülüblər, qatar isə geriyə - "Dərnəgül" stansiyası istiqamətinə qaytarılıb.

 

Saat 06:57-də həmin istiqamətdə növbəti qatar stansiyaya gəlib və sərnişinlərin daşınması bərpa olunub.

 

Aidiyyəti üzrə sorğu verilib.