Rusiyadan Kiyevə hava hücumu: ölən və yaralananlar var
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi hava hücumu nəticəsində azı 9 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Sitat.info xəbər veriur ki, Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında bildirib ki, Rusiya gecə saatlarında paytaxta raket hücumu həyata keçirib. Onun sözlərinə görə, hücum yerli vaxtla saat 02:36-da başlayıb və Kiyev istiqamətində ballistik raketlər buraxılıb.
Kliçko qeyd edib ki, hücum nəticəsində paytaxtın müxtəlif rayonlarında dağıntılar qeydə alınıb.
İlkin məlumata görə, 9 nəfər həlak olub.. Yaralanan 28 nəfərdən 4-ü uşaqdır.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti isə paytaxtın 5 müxtəlif rayonunda axtarış-xilasetmə əməliyyatlarının başladığını açıqlayıb.
Ukrayna ordusu ölkə ərazisinə hava hücumunun davam etdiyini bildirib.
Aytac,
Sitat.info