Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı

Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
HADİSƏ 23 İyul 2026 13:05

Xaçmaz rayonunda dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Sitat.info APA-ya istinadla xəbər verir ki, Seyidli kəndinin ərazisində dənizdə batan 2008-ci il təvəllüdlü A.X.nin meyiti sudan çıxarılıb.

Qeyd edək ki, yeniyetmə iyulun 21-də rayonun Nabran kəndində dənizdə nəzarətsiz ərazidə batıb.

Faktla bağlı araşdırma aparılır.