Azərbaycanda polisin özünü güllələməsinin səbəbi bilindi - Gecə növbəsində...

Azərbaycanda polisin özünü güllələməsinin səbəbi bilindi - Gecə növbəsində...
HADİSƏ 20 İyun 2022 15:18

Bu gün səhər saat 06 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, o, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib.

Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.