Tanınmış aktrisa 15-ci mərtəbədən yıxılaraq öldü - FOTO/VİDEO

Tanınmış aktrisa 15-ci mərtəbədən yıxılaraq öldü - FOTO/VİDEO
HADİSƏ 20 İyun 2022 15:06

Türkiyəli aktrisa Yonca Türkman faciəvi şəkildə dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, 47 yaşlı aktrisa yaşadığı mənzilin 15-ci mərtəbəsindən yıxılaraq vəfat edib. Hadisə İstanbulun Qaziosmanpaşa Karayolları məhəlləsində baş verib.

Yoncanın eyvandan yıxılma səbəbi hələ ki bəlli deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Türkman bu günə qədər bir çox reytinqli ekran işlərində rol alıb. O "Evlilik hakkında her şey", "İyilik", "Adı sevgi" kimi seriallarda müxtəlif obrazları canlandırıb.

/Baku.ws