Turbo.az və Bina.az-la bağlı gözlənilməz qərar

Turbo.az və Bina.az-la bağlı gözlənilməz qərar
İQTİSADİYYAT 13 İyul 2026 18:22

“Digital Classifieds” OÜ şirkətinin Azərbaycandakı filialı ləğv olunur. Kreditorlara müraciət edilib.

Sitat.info Modern.az -a istinadən xəbər verir ki, Azərbaycanın rəqəmsal elanlar bazarında ən böyük platformaları idarə edən Estoniya qeydiyyatlı “Digital Classifieds” OÜ şirkətinin Azərbaycandakı rəsmi filialı ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəsil Rza küçəsi, mənzil 75 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Digital Classifieds” OÜ şirkəti ölkədə Turbo.az, Bina.az, Tap.az və Boss.az kimi irihəcmli rəqəmsal platformaların idarəedilməsi ilə tanınır.