Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb

Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
Gündəm 07 İyul 2026 19:00
Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir, son dərəcə mühüm ölkədir və Alyansda hər zaman əhəmiyyətli rol oynayıb.
 
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen NATO-nun Ankarada keçirilən sammitində çıxışı zamanı deyib.
 
"Eyni zamanda, əlbəttə ki, Türkiyə Avropa İttifaqı ilə münasibətlərimizdə də mühüm yer tutur. Dediyim kimi, yalnız "Security Action for Europe” (Aİ-nin silahlandırma üzrə proqramı -red.) proqramına baxsaq, söhbət 150 milyard avroluq maliyyə paketindən gedir. Bunun 35 faizi Türkiyə ilə birgə əməkdaşlıq üçün açıqdır”, - Lyayen qeyd edib.