Qubada yolun asfalt örtüyü çökdü - Foto

Qubada yolun asfalt örtüyü çökdü - Foto
HADİSƏ 16 İyun 2026 15:02

Quba rayonunda avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Sitat.info xəbər verir ki, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb.

Yolun sözügedən hissəsində yaranan çöküntü səbəbindən hər iki istiqamətdə avtomobillərin keçidində məhdudiyyət yaranıb.

Marşrut boyu ümumilikdə 7 fərqli ərazidə çökmə qeydə alınıb.