Rusiyanın imtina etdiyi məhsullar Avropaya göndərildi

Rusiyanın imtina etdiyi məhsullar Avropaya göndərildi
Gündəm 08 İyun 2026 19:13

Rusiyaya ixracı qadağan edilmiş Ermənistan gül məhsulları quru yolu ilə Avropaya göndərildi.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.

 

Nazirin sözlərinə görə, çatdırılmalar yük maşınları ilə Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya və Ukrayna vasitəsilə həyata keçirilir.