Gəncədə 17 yaşlı yeniyetmənin meyiti tapıldı

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti tapıldı
Gündəm 08 İyun 2026 18:12

Gəncədə 17 yaşlı yeniyetmənin meyiti yaşadığı evdə tapılıb.

Sitat.info xəbər verir ki, 2009-cu il təvəllüdlü E.Çərkəzlinin meyiti yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

///Qafqazinfo