Millimizin Avropa Liqası üçün yekun heyəti açıqlandı

17:26 4 İyun 2026

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb.

Bu barədə Sitat.info-ya Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Baş məşqçi Faiq Qarayev heyətə 14 voleybolçunun adını daxil edib.

Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova

Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.



Xəbər xətti