Xameneyi İran xalqına müraciət etdi: Düşmənin əsas məqsədi...

14:21 4 İyun 2026

 Bu gün İranın ali lideri Müctəba Xameneyi İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin vəfatının 37-ci ildönümü münasibətilə yaydığı müraciətdə ölkədə birlik və həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

Sitat.info İran mediasına istinadən xəbər verir ki, Xameneyi müraciətində düşmənin əsas məqsədlərindən birinin İran cəmiyyətində təzyiq, parçalanma və səhv hesablamalar yaratmaq olduğunu bildirib.

O, son müharibədə düşmənin həm İran Silahlı Qüvvələri, həm də xalqı qarşısında uğursuzluğa düçar olduğunu iddia edib. "Onların əsas vasitəsi şübhə, ümidsizlik, qorxu və nifaq toxumu səpməkdir", – deyə Xameneyi açıqlayıb.

Dövlət rəsmilərinə müraciət edən Xameneyi bildirib ki, cəmiyyətdə ümidsizlik yaradan hər hansı addım ölkənin düşmənlərinin maraqlarına xidmət edir.

Nigar,

Sitat.info 



Xəbər xətti