Kiyev rəhbərliyi özünü cinayətkar və terrorçu kimi göstərdi - Rusiya XİN

14:10 4 İyun 2026

Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında Ukrayna prezidentinin ofis müşaviri Mixail Podolyakın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı səsləndirdiyi təhdidləri şərh edib.

Sitat.info xəbər verir ki, Qaluzin onları terrorçu adlandırıb: "Kiyev rejiminin rəhbərləri özlərini yenidən cinayətkar və terrorçu kimi göstəriblər”.

Onun sözlərinə görə, “belə bir nasist rejimindən nə gözləmək olar ki, onun rəhbəri Rusiyaya və Moskvaya qarşı təhdidlər səsləndirməkdən çəkinmir, həmçinin Böyük Vətən Müharibəsində qazanılmış Qələbənin ildönümü ilə bağlı təntənəli tədbirlər zamanı Qırmızı Meydana hücumla hədələyir”.

Nazir müavini əlavə edib ki, bu cür açıqlamalar Kremlin əslində kimlə qarşı-qarşıya olduğunu bir daha göstərir və onun fikrincə, “Kiyev rəhbərləri özlərini açıq şəkildə terrorçu, nasist və cinayətkar kimi ortaya qoyurlar”.

Qaluzin həmçinin qeyd edib ki, Belarus tərəfi bu vəziyyəti izləyir, nəticə çıxarır və doğru qərarlar verir.

Aytac,

Sitat.info 



Xəbər xətti