Bu ərazilər 3 saat işıqsız qalacaq - "Azərişıq"dan açıqlama

Bu ərazilər 3 saat işıqsız qalacaq - \"Azərişıq\"dan açıqlama
SOSİAL 03 İyun 2026 11:11

Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Sitat.info” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsininn (EŞ) ərazisində 35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 35 kV-luq “Göytəpə” hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 12:30-dan 15:00-dək rayonun Göytəpə şəhəri, Muğan, Privolnoye, Ağdaş, Həziabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.