MN: Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib

MN: Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib
Dünya 02 İyun 2026 10:08

Rusiya ordusu Ukraynaya  genişmiqyaslı zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kiyev, Zaporojye, Xarkov və Dnepropetrovskdakı müdafiə sənayesi müəssisələrinə, eləcə də Poltava, Xmelnitski və Sumı vilayətlərindəki yanacaq-enerji obyektlərinə və hərbi aerodromlara qarşı hipersəsli raketlər də daxil olmaqla, uzun mənzilli dəqiq silahlardan istifadə edilib.

Qeyd olunub ki, zərbənin hədəflərinə nail olunub və bütün təyin olunmuş hədəflər vurulub./APA