Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək
Gündəm 27 May 2026 19:49
Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
 
Sitat.info xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.
 
Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.