UNEC tələbəsinin öldüyü qəzada sürücü də vəfat edib... - VİDEO

UNEC tələbəsinin öldüyü qəzada sürücü də vəfat edib... - VİDEO
HADİSƏ 15 İyun 2022 21:54

UNEC tələbəsinin öldüyü qəza ilə bağlı yeni detallar bəlli olub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, dünən saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi “Mercedes” və 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadənin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.