Bərdədə yeniyetmənin meyiti tapıldı

Bərdədə yeniyetmənin meyiti tapıldı
HADİSƏ 23 May 2026 12:50

Bərdə rayonunda yeniyetmənin meyiti tapılıb.

Sitat.info “Qafqazinfo” xəbər verir ki, Qaradəmirçi kənd sakini 2010-cu il təvəllüdlü Saleh Məmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.