Bakı-Tiflis qatarına biletin qiyməti açıqlandı - Rəsmi

Bakı-Tiflis qatarına biletin qiyməti açıqlandı - Rəsmi
Gündəm 20 May 2026 15:06

Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Məlumata görə, minimum qiymətlər Yevlax–Tiflis üzrə 67 manat, Gəncə–Tiflis üzrə 62 manat, Ağstafa–Tiflis üzrə 57 manat, ⁠Böyük Kəsik–Qardabani üzrə 51 manat olacaq.

Marşrut üzrə səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.