Bu ölkədə ordu narkotik mafiyasının üzərinə hücuma keçdi: Çox sayda ölən var...
Meksikada ordunun narkotik kartelinə qarşı təşkil etdiyi hücum əməliyyatında 10 kartel üzvü zərərsizləşdirilib, 7 nəfər isə həbs edilib.
Meksika Dövlət Baş Prokurorluğundan verilən açıqlamada, əməliyyat zamanı kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma yaşandığı, 4-ü olmaqla 10 dəstə üzvünün zərərsizləşdirildiyi, 7 nəfərin yaralandığı və onların həbs edildiyi bildirilib. Açıqlamada əməliyyat zamanı təhlükəsizlik qüvvələrindən 3 nəfərin yüngül xəsarət aldığı, yaralılardan 2-nin isə tibbi yardım üçün xəstəxanaya aparıldığı açıqlanıb.
Əməliyyat nəticəsində təhlükəsizlik qüvvələri Familia Mixoacan kartelinə məxsus 5 avtomobil, 20 ədəd R-15 tipli uzun lüləli silah, çoxlu sayda tapança və hərbi texnika ələ keçirib.
Safura,
SİTAT.İNFO