Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb

Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
HADİSƏ 27 Aprel 2026 09:35

Bakıda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, Abaszadə Murad Müslüm oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman yolu keçən piyada - 2010-cu il təvəllüdlü Əliyev Emil Kamil oğlunu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.