İran regionda sülh, sabitlik və qardaşlıq münasibətləri axtarır - Pezeşkian

10:45 17 Aprel 2026

Tehran bölgədə davamlı sülh və qardaşlıq münasibətləri niyyətindədir.

Sitat.info xəbər verir ki, bu sözləri dünən İran prezidenti Məsud Pezeşkian Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirlə görüşdə bildirib. 

O, Pakistanın vasitəçilik səylərini və atəşkəsin yaradılmasındakı rolunu yüksək qiymətləndirib.

Pezeşkian ABŞ və İsraili İrana qarşı “qanunsuz təcavüzdə” ittiham edərək, Əli Xameneyinin öldürülməsi, məktəb və xəstəxanaların dağıdılması, mülki insanların həlak olması ilə bağlı sərt açıqlamalar verib.

Prezidentin sözlərinə görə, ABŞ bu münaqişədə qalib gəlməyəcək. Hazırda yalnız İsrail regionda öz maraqlarını həyata keçirməyə çalışır.

Pakistan ordusunun komandanı Asim Munir isə Pezeşkianla görüşdən məmnunluğunu bildirərək İran hakimiyyətinə başsağlığı verib və qeyd edib ki, müharibə bitsə belə, region əvvəlki vəziyyətinə qayıtmayacaq. 

Aytac,

Sitat.info 



 



Xəbər xətti