Dünya bazarlarında neft 1 dollardan çox ucuzlaşıb

09:02 17 Aprel 2026

Qlobal enerji bazarlarında neft ucuzlaşıb.

Sitat.info  xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçersləri 1,26 ABŞ dolları (1,33%) azalaraq 93,43 dollar/barel təşkil edib.

Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti isə 1,21 ABŞ dolları (1,22%) azalaraq 98,18 dollar/barel olub.

Analitiklərə görə, qiymətlərin azalmasına əsasən geosiyasi risklərin nisbətən zəifləməsi və bazarda tələb gözləntilərinin aşağı düşməsi təsir göstərib.



Xəbər xətti