Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq
Gündəm 15 Aprel 2026 19:50

 

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qərar qəbul edilib.

Konfransın sonunda İstanbul Bəyannaməsi qəbul olunub.

Bundan başqa konfrans iştirakçıları Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərar qəbul ediblər.