Lavrov Trampı günahlandırdı: "ABŞ təcavüz etməsəydi, İran Hörmüzü bağlamazdı"

12:24 15 Aprel 2026

 Körfəz dövlətləri başa düşürlər ki, əgər "Amerika təcavüzü" olmasaydı, İran Hörmüz boğazını bağlamazdı.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Çinə səfəri zamanı bildirib.

O bildirib ki, Moskva Hörmüz boğazı ilə bağlı həll yoluna çatmaq üçün İran və ABŞ arasında danışıqların davam etdirilməsinə təkid edir.

Nazir həmçinin bildirib ki, Rusiya İranın uran zənginləşdirmə məsələsində Tehranın maraqlarına uyğun istənilən həlli qəbul edəcək: "Beynəlxalq Atom Enerjisi Agentliyi heç vaxt İranın uran zənginləşdirməsinin hərbi məqsədlər üçün olduğunu qeyd etməyib. Ümid edirəm ki, ABŞ realist olacaq və hətta müttəfiqlərinə zərər verən Yaxın Şərqdəki təcavüzünü davam etdirməkdən çəkinəcək".

Nigar,

Sitat.info 

 



Xəbər xətti