İranın müharibədəki zərəri açıqlandı

İranın müharibədəki zərəri açıqlandı
Dünya 14 Aprel 2026 10:15

İran ABŞ-İsrail koalisiyası ilə son müharibədə indiyədək təxminən 270 milyard dollar zərər görüb.


Sitat.info Tasnim”ə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.

O bu rəqəmin yekun olmadığını da qeyd edib.

“Danışıqlar aparan heyətimizin hazırda izlədiyi məsələlərdən biri də müharibə təzminatlarıdır və bu mövzu İslamabaddakı görüşlərdə də müzakirə olunub. Zərərlər adətən bir neçə mərhələdə qiymətləndirilməlidir. ABŞ və İsrailin hücumları nəticəsində İranın itkiləri hələlik təxminən 270 milyard dollar olaraq qiymətləndirilir”.