Türkiyəyə raket hücumuna Azərbaycan MN-dən reaksiya...

Türkiyəyə raket hücumuna Azərbaycan MN-dən reaksiya...
SİYASƏT 13 Mart 2026 16:34

Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda qeyd edilib.

"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik", - məlumatda bildirilib.

Sitat.info