Hindistanda Su-30 qırıcısı qəzaya uğrayıb, pilotlar ölüb

Hindistanda Su-30 qırıcısı qəzaya uğrayıb, pilotlar ölüb
Dünya 06 Mart 2026 09:25

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30 MKI qırıcı təyyarəsi Assam ştatının Karbi-Anqlonq rayonunda qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə təlim uçuşu üçün havaya qalxıb, lakin yerli vaxtla saat 19:42-dən sonra onunla əlaqə kəsilib.

Hadisə nəticəsində təyyarədə olan hər iki pilot ölüb.