ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub

ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
Gündəm 02 Mart 2026 17:12
ABŞ-ın Yaxın Şərqdə hərbi əməliyyatlarda həlak olan hərbçilərinin sayı 4-ə çatıb.
 
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
 
"Ağır yaralanan dördüncü hərbçimiz həlak olub. Döyüş əməliyyatları və cavab zərbələrimiz davam edir”, - məlumatda qeyd olunub.