Övladını itirən ananın meyiti tapıldı

Övladını itirən ananın meyiti tapıldı
KRİMİNAL 18 Fevral 2026 16:43

Göyçayda gənc qadının meyiti tapılıb.

Sitat.info lent.az-a istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini olan 31 yaşlı S. İsmayılovanın meyiti yardımçı tikilidən aşkarlanıb. Qadının hansı səbəbdən ölməsi bəlli deyil.

Məlumata görə, bir müddət əvvəl onun azyaşlı övladı da dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.