Kreml üçün danışıqlarda mühüm şərt! Bütün ölkələr tərəfindən tanınmasını istəyir...
Rusiya Donbasın bütün ölkələr tərəfindən tanınmasını daha böyük bir razılaşmanın bir hissəsi hesab edir.
Sitat.info xəbər verir ki, Qərb mənbəsi Əbu-Dabidə TASS agentliyinə bu barədə bildirib.
Mənbə bildirib ki, Rusiya tərəfi üçün Donbasın bütün ölkələr tərəfindən tanınması çox vacib hesab olunur.
Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli təhlükəsizlik danışıqlarının birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib.
Çərşənbə günü BƏƏ-nin paytaxtında Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci mərhələsi başlayıb.
Məğrur,
Sitat.info