Yaponiyada güclü qar: 35 nəfər öldü

Yaponiyada güclü qar: 35 nəfər öldü
Dünya 04 Fevral 2026 12:16

Yaponiyada yağan güclü qar nəticəsində azı 35 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə TBS telekanalı məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında damı təmizləyərkən yıxılan və yaşadığı evdə dağıntılar altında qalanlar da var.

Qeyd edək ki, bəzi rayonlarda hava şəraiti səbəbindən məktəblərdə dərslər dayandırılıb.