67 illik karyerası ilə Ginnesin Rekordlar Kitabına düşdü

67 illik karyerası ilə Ginnesin Rekordlar Kitabına düşdü
Gündəm 03 Fevral 2026 20:24

 

Miçiqan ştatında 90 yaşlı ingilis dili müəllimi 67 illik karyerasına görə Ginnesin Rekordlar Kitabına düşüb.

Sitat.info xəbər verir ki, bu haqda UPI məlumat yayıb.

Belə ki, Beverli Hannett-Prays “Detroit Country Day School”da ingilis dilini tədris edir. Bazar ertəsi onun şərəfinə keçirilən sürpriz toplantıda dil müəllimi (qadın) kimi ən uzun karyerasına görə Ginnesin Rekordlar Kitabının sertifikatı təqdim olunub.