Cəlilabadda 62 yaşlı kişini maşın vurub öldürdü
Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Sitat.info xəbər verir ki hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
Məlumata görə “Qazel” markalı yük avtomobili kənd sakini 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşid oğlunu vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
///Qafqazinfo