Bu şəxslərin maaşlarına müddətli əlavənin vaxtı uzadıldı

Bu şəxslərin maaşlarına müddətli əlavənin vaxtı uzadıldı
Gündəm 19 Yanvar 2026 18:25
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.
 
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
 
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2026-cı il aprelin 1-dək uzadılıb.