"Çelsi"yə yeni baş məşqçi təyin olunub

\"Çelsi\"yə yeni baş məşqçi təyin olunub
Gündəm 06 Yanvar 2026 19:50
İngiltərənin "Çelsi" komandası yeni baş məşqçisini açıqlayıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Zadəganlar" yerli mütəxəssis Liam Rosenyorla razılığa gəlib. 41 yaşlı çalışdırıcı ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Çelsi" yanvarın 1-də Entso Mareskanı istefaya göndərib.