Hakan Fidan suriyalı həmkarı ilə görüşdü

Hakan Fidan suriyalı həmkarı ilə görüşdü
Gündəm 06 Yanvar 2026 19:40

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

Görüşün təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, görüş Ukraynaya dəstəklə bağlı yaradılan "Könüllülər koalisiyası”nın sammiti çərçivəsində baş tutub.