Xudatda itkin kişinin meyiti meşədə tapıldı

Xudatda itkin kişinin meyiti meşədə tapıldı
Gündəm 02 Yanvar 2026 20:38

Xudatda üç gün əvvəl itkin düşən kişinin meyiti tapılıb.

Sitat.info Bizim.Media-ya istinadən xəbər verir ki, 38 yaşlı Fuad Əliverdiyevin Köhnə Xudat kəndinin meşəlik ərazisində ölmüş vəziyyətdə aşkar edilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma başlayıb.

Hələlik hadisənin baş vermə səbəbi dəqiqləşməyib.