Tailand və Kamboca atəşkəs razılığına gəldilər

Tailand və Kamboca atəşkəs razılığına gəldilər
Gündəm 26 Dekabr 2025 17:23
Tailand və Kamboca hakimiyyətləri sabahdan qüvvəyə minəcək müvəqqəti atəşkəsin şərtləri barədə razılığa gəliblər.
 
Sitat.info xəbər verir ki, bu barədə Tailandın PBS telekanalı məlumat yayıb.
 
Hökumətə yaxın mənbə telekanala bildirib ki, ilkin atəşkəs 72 saat davam edəcək. Atəşkəsin uzadılmasına dair sonrakı razılaşma Tailand Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.