Rusiya Bakıda Rus Evini açmağa çalışır

Rusiya Bakıda Rus Evini açmağa çalışır
Dünya 16 Dekabr 2025 11:43

Rusiya Bakıda Rus Evinin tezliklə fəaliyyətə başlaması üçün həll yolları tapmağa sadiqdir.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib.

“Rusiya və Azərbaycanın xarici siyasət idarələri münasibətlərimizin bütün gündəliyini, o cümlədən humanitar komponent üzrə əlaqələrimizi davam etdirir. Biz ölkələrimizin dost xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verən Bakıda Rus Evinin tezliklə fəaliyyətə başlaması üçün qarşılıqlı məqbul həllər tapmağa sadiqik”, - o bildirib./Axar.az