Masazırda “BMW” yandı - Ölən və yaralananlar var

Masazırda “BMW” yandı - Ölən və yaralananlar var
HADİSƏ 08 Dekabr 2025 09:27

Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb. 

Sitat.info “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.