Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisi saxlanıldı

Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisi saxlanıldı
KRİMİNAL 05 Dekabr 2025 12:06

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb.

Sitat.info xəbər verir ki, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində şübhəli bilinir.

Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib. Hazırda o, Baş İdarədə dindirilmədədir.