Paytaxtda bu yol tam bağlanacaq

Paytaxtda bu yol tam bağlanacaq
Gündəm 20 Noyabr 2025 15:37
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, 22 noyabr saat 00:00-dan etibarən Bakı Şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Sitat.info xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
 
Bildirilib ki, Hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
 
Sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər.