Mərc oyunlarında iştirak edən Azərbaycan yığmasının üzvünün cəzası bəlli oldu

Mərc oyunlarında iştirak edən Azərbaycan yığmasının üzvünün cəzası bəlli oldu
Gündəm 13 Noyabr 2025 17:13

Türkiyədə mərc oyunlarda iştirakda ittiham edilən Azərbaycan yığmasının üzvü Mert Çelikin cəzası bəlli olub.

Sitat.info xəbər verir ki, o, 45 günlük futboldan kənarlaşdırılıb. 

Lakin M.Çelik haqqında araşdırmalar davam edəcək. 

Qeyd edək ki, “Qalatasaray”ın və Türkiyə yığmasının üzvü Eren Elmalı da eyni cəzanı alıb. 

Bundan başqa Türkiyə yığmasının və “Fənərbaxça”nın sabiq üzvü Nazim Sanqarenin də futbol fəaliyyətinə 45 günlük qadağa qoyulub. 

Xatırladaq ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib.