Atasının maşınını təmir edərkən faciəvi şəkildə öldü

Atasının maşınını təmir edərkən faciəvi şəkildə öldü
HADİSƏ 20 Oktyabr 2025 09:12

Şəmkirdə dəhşətli hadisə baş verib.

Sitat.info  xəbər verir ki, 13 yaşlı İsə Əlixan oğlu Qasımov yaşadığı evin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobili təmir edərkən ölüb.

Belə ki, İ.Qasımov maşının ön sol təkərini dəyişən zaman qaldırıcı qəfil sürüşüb. Bu zaman onun başı avtomobilin altında qalıb və aldığı xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.