Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır

Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
KRİMİNAL 18 Oktyabr 2025 10:33

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Sitat.info” xəbər verir ki, oktyabrın 16-sı saat 04:30 radələrində Maştağa qəsəbəsində 1970-ci il təvəllüdlü Fəxrəddin Əsgər oğlu Teymurov daxilə nüfuz edən bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb.

Hadisənin F.Teymurovun tanışı 32 yaşlı Allahverdi Fəxrəddin oğlu Əliyev tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb.