Beyləqanda sirkədən zəhərlənən 13 yaşlı qız Bakıya təxliyə olundu

Beyləqanda sirkədən zəhərlənən 13 yaşlı qız Bakıya təxliyə olundu
HADİSƏ 17 Oktyabr 2025 14:58

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib. 

Sitat.info-nun xəbərinə görə, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub.